
"Hər il dünyada 300 minə yaxın qadın uşaqlıq boynu xərçəngindən dünyasını dəyişir".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstanda hər il təxminən 2000 LMO hadisəsi aşkar edilir.
Məlumata görə, sözügedən problemə qarşı Qazaxıstanda peyvəndləmə prosesi həyata keçirilir. Belə ki, ölkədə 116,5 mindən çox qız uşağı İnsan Papillomavirusuna (HPV) qarşı peyvənd edilib,
Səhiyyə Nazirliyi bildirir ki, yüksək riskli onkogen HPV tipləri 16 və 18 əsasən uşaqlıq boynu xərçənginə (CC) səbəb olur. HPV-yə qarşı profilaktik peyvənd uşaqlıq boynu xərçənginin inkişafının qarşısını alır.
Anar Əliyev