Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il 1,7 ton külçə qızıl satılıb

Keçən il 1,7 ton külçə qızıl satılıb


Qazaxıstan Milli Bankı ötən il banklara və valyutadəyişmə məntəqələrinə ümumi çəkisi 1,7 ton olan 47 min 395 qızıl külçə satıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Milli Bankın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, külçələrin ən böyük həcmi Almatıda satılıb (32 735 ədəd, 69%). Şimkənd (5200 ədəd, 11%) və Qaraqanda (2209 ədəd, 5%) şəhərlərində də böyük miqdarda qızıl külçələri satılıb.

Əhali üçün standart külçələrin alqı-satqısı Halyk Bank, Avrasiya Bankı, Jusan Bank, CenterCredit Bank, eləcə də ayrı-ayrı bank olmayan valyutadəyişmə məntəqələri vasitəsilə həyata keçirilir.

Anar Əliyev
Xəbəri paylaş