Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhkəmə iddiası hansı halda dəyişdirilə bilər?

Məhkəmə iddiası hansı halda dəyişdirilə bilər?


Bir sıra hallarda müxtəlif instansiya məhkəmələrində bu və ya digər işlə bağlı iddianın dəyişdirilməsi kimi fikirlər ortaya atılır, tələblər irəli sürülür. Bəs görəsən məhkəmə iddiasının dəyişdirilməsi nə dərəcədə mümkündür və bu, hüquqi çərçivədə necə tənzimlənir?


Newscenter.az-ın xəbərinə görə, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə,
iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır:

"Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə,
iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın".

Anar Əliyev
Xəbəri paylaş