
"Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə hər nə qədər ağır tənqidlər alsa da nazirlikdə bir sıra inqilabi dəyişiklik edə bildi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. Onun sözlərinə görə, həmin qaydalar ictimaiyyət tərəfindən tənqid edilir, amma Babayevin vaxtında ƏƏSMN-də biraz qayda-qanun yarandı:
"Ümumiyyətlə, bu nazirlik Azərbaycanın ən çətin nazirliyidir. Burdan indiyə qədər vəzifəyə gedən olmayıb. Əli Nağıyev Belarusa səfir getdi, Füzuli Ələkbərova heç bir vəzifə verilmədi, Səlim Müslümov həbs olundu. Yeganə Sahil Babayev daha yuxarı vəzifəyə, Maliyyə Nazirliyinə təyinat aldı".
Politoloqun sözlərinə görə, maliyyə nazirinin əsas işi büdcə xərclərini qısıtlamaqdır:
"Yəni, lori dillə desək, simiclik. Sahil Babayev ƏƏSMN-də bunu bacardı. Keçirilən tədbirlər nəticəsində bu sahədə büdcəyə xeyli sayda vəsaitin qayıtmasına səbəb oldu. Buna görə ictimaiyyətin tənqid hədəfinə tuş gəlsə də, özünü nazir kimi təsdiq edə bildi. İstənilən iqdidar qənaətcil maliyyə naziri arzulayır. Bu baxımdan Sahil Babayev bu vəzifə üçün ideal kadrdır".
Anar Əliyev