
EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Türkiyənin ticarət nazirinin müavini Mahmut Gürcanla görüşüb.
Newscenter.az xəbər verir ki. bu barədə Hikmet Eren özü məlumat verib. Bildirib ki, görüş zamanı Türk dövlətləri ilə Türkiyə arasında iqtisadi əlaqələr, ikili xarici ticarət həcmi və ixrac potensialı barədə geniş müzakirələr aparılıb.
"Türk dövlətləri ilə ticari və iqtisadi inteqrasiyanın gücləndirilməsi, ortaq inkişaf və rifah hədəflərimizə uyğun olaraq görüləcək işlər barədə məsləhətləşmələr apardıq",-deyə Hikmet Eren vurğulayıb.
Anar Əliyev