
Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ olub.
Bu barədə Newscenter.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - məlumatda qeyd olunub.
Vurğulanıb ki, yeraltı təkanların ocağı 39 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 03:17-də qeydə alınıb.
Mehman Mehdiyev