
Danimarka Müdafiə Kəşfiyyat Xidməti (FE) xəbərdarlıq edib ki, Ukraynada müharibə bitərsə NATO bu vaxt ərzində kifayət qədər silahlanmasa, Rusiya beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər.
Newscenter.az xəbər verir ki, kəşfiyyat hesabatında Rusiyanın son illərdə həm hərbi texnikasını modernləşdirmək imkanlarını artırdığı, həm də hərbi texnika istehsalını əhəmiyyətli dərəcədə artırdığı vurğulanaraq, “Bu gün Rusiya xüsusilə xaricdən aldığı maliyyə və maddi dəstək sayəsində NATO-ya qarşı yenidən silahlanma üçün resurslar yarada bilər”,-deyə bildirilib.
Hesabatda hazırda Danimarkaya “hərbi hücum” təhlükəsinin olmadığı, lakin Rusiyanın regionun ən böyük hərbi gücü olduğu və Rusiya prezidenti Vladimir Putinin bu tituldan imtina etməyə üstünlük verməyəcəyi qeyd edilib.
Mehman Mehdiyev