Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp-Putin danışıqları hansı proseslərə gətirib çıxara bilər?

Tramp-Putin danışıqları hansı proseslərə gətirib çıxara bilər?


"ABŞ prezidenti Donald Trampın Ukraynanı Rusiyaya güzəştə getməsi mümkün deyil. D. Tramp atəşkəs əldə etməklə bir sıra ərazilərdən Rusiyanın çıxarılmasını təmin etməyə çalışır. Bunun müqabilində Rusiyaya qarşı bir sıra sanksiyalar qaldirila bilər".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ və Rusiya prezidentlərinin Səudiyyə Ərəbistanında görüşü heç də "Yalta -2" anlamına gəlmir:

"Yəni, burada dünyanın bölüşdürülməsi mümkün deyil. İndi dünyada Avropa və Çin kimi nəhəng güclər var. Zəifləmiş Rusiyaya güzəştə getmək ABŞ-ın oturmuş strategiyasının tənəzzülünə getirib çıxarar.

Müharibəni Rusiya prezidenti başlayıb və D. Tramp sələfindən fərqli olaraq diplomatik danışıqlar yolu ilə münaqişəni bitirnək istəyir. Onsuz da C. Bayden Ukraynaya lazımi silahları vermirdi və bundan sonra da verməyəcəkdi. Müharibə davam edəcəkdi. Nəticədə Avropa dövlətləri də müharibəyə qoşula bilərdi".

Anar Əliyev
Xəbəri paylaş