Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinin qarşısında hansı ağır şərtlərin qoyulacağı bəlli deyil

Putinin qarşısında hansı ağır şərtlərin qoyulacağı bəlli deyil


"ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi beynəlxalq siyasətdə silkələnmə və qeyri-müəyyənlik yaradıb. Xüsusən də onun Ukrayna-Rusiya müharibəsinə baxışları, ənənəvi Qərbli müttəfiqlərinin maraqlarının nəzərə alınmadan Putinlə apardığı telefon danışıqları birmənalı qarşılanmayıb".

Newscenter.az-ın xəbərinə görə, bunları deyən AMİP liderinin köməkçisi Əli Orucov deyib ki, Trampın Ukraynanın başı üzərindən təkbaşına Moskva ilə sövdələşməyə getməsi həm Kiyevdə, həm də Avropa paytaxtlarında etirazla qarşılanıb:

"Proseslərin gedişindən və Münhen Təhlükəsizlik Konfransında edilən çıxışlardan Qərbin həm də təşfişi aydın sezilməkdədir. İkinci Dünya savaşından üzü bəri öz təhlükəsizliyini Birləşmiş Ştatlara etibar edən Qərb indi çətin durumda qaldığını anlamaqda, artan Rusiya təhlükəsinə qarşı çıxış yollarını aramağa başlayıb. Lakin bütün bu baş verənlərə rəğmən mən hesab etmirəm ki, Tramp Ukrayna-Rusiya müharibəsinin həlli ilə bağlı Qərbi oyundankənar vəizyyətdə qoya və sırf Vaşinqtonun maraqları çərçivəsindən çıxış edə biləcək. Yaxud da Moskva müharibədən uduşla çıxa biləcək. Çünki Ukraynanın qərbli dostları ortaya ciddi iradə qoymaqdadır və Putinin qarşısına hansı ağır şərtlərin qoyulacağı da bəlli deyil".

Əli Orucov deyib ki, müharibənin durdurulması, atəşkəsə nail olunması Rusiya üçün əlverişli vaxt qazandıra və qüvvələrini növbəti etap üçün səfərbər edə bilər:

"Rusiya bildiyiniz kimi bu müharibədə çöx böyük iqtisadi, hərbi, siyasi və canlı itkilər verib. Beynəlxalq nüfuzunu və mövqeyini əhəmiyyətli dərəcədə itirib. Bununla belə Moskva imperialist və hegemonluq iddialarından vaz keçməyib. Kreml postsovet məkanını özünün torpaqları və nüfuz dairəsi sayır və həmin dövlətlərin daxili işlərinə kobudcasına müdaxilələr etməkdədir. Trampla Putin danışıqları daha çox dünyanın siyasi coğrafiyasının yenidən bölünməsinə və yeni münaqişə ocaqlarının yaranmasına Moskvanı cəsarətləndirə bilər. Bunun də ən ağır fəsadları ilə üzlşəcək nöqtələrdən biri də Cənubi Qafqazdır. Yerləşdiyi əlverişli geopolitik Cənubi Qafqaz regionu təkcə Rusiyanın deyil, dünya güclərinin də diqqət mərkəzində olduğu üçün toqquşma riski yaradır".

Süleyman
Xəbəri paylaş