Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və İran 92,8 milyon dəyərində saziş imzaladı

Qazaxıstan və İran 92,8 milyon dəyərində saziş imzaladı


Qazaqstan və İran 92,8 milyon dəyərində saziş imzalayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sənədlərin imzalanma mərasimi Tehranda keçirilən Qazaxıstan-İran biznes forumu çərçivəsində baş tutub.

Bundan başqa Qazaxıstan İran bazarına 250 milyon dollara 75 adda məhsul verməyə hazır olduğunu bildirib.

Ötən ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 340 milyon dollar təşkil edib ki, bu da bir əvvəlki illə müqayisədə 12,3% çoxdur. 2024-cü ilin 12 ayında Qazaxıstan və İran arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi 219,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,3 faiz artıqdır.

Qazaxıstan İrana buğda, arpa, un və bitki yağlarının tədarükünü artırmaqda maraqlıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş