
"Avropa və NATO rəhbərliyinin Trampın planlarına rəğmən Ukraynanın yanında olacağına vəd verməsi əslində normal insanı təfəkkürün nəticəsidir. Milyonlarla insanın həlak və əlil olduğu, torpağından, ev-eşiyindən didərgin düşdüyü bir durumda Trampın buna rəğmən ABŞ-ın Ukraynaya etdiyi maddi yardımın əvəzini geri almaq dərdinə düşməsi heç bir əxlaq normalarına sığışmayan haldır. Xüsusən də, tək ABŞ yox, Çin, Böyük Britaniya, Fransa, hətta Rusiyanın özünün 1995-ci il Budapeşt razılaşmasına əsasən Ukraynaya təhlükəsizlik qarantiyası verdiyi halda".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, əslində Ukraynaya yardım etmək bu ölkələrin birbaşa mənəvi borcu idi:
"İndiyə kimi edilən pis-yaxşı yardımların, hansı ki, bunu qənaətbəxş hesab etmək olmaz, indi hesabını aparmaq, əslində Sovet İttifaqı dağılandan sonra moddan düşmüş "imperialist kapitalist dünya" anlamının yenidən dirilməsi kimi qəbul etmək olar".
Azər Qasımov deyib ki, Avropa Trampın iqtisadi təzyiqləri fonunda Ukrayna müharibəsinin həllindən də kənarda qalmasını özünə təhqir kimi qəbul edir.
Süleyman