Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskini Ərdoğanın ayağına aparan SƏBƏBLƏR

Zelenskini Ərdoğanın ayağına aparan SƏBƏBLƏR


"Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları fonunda Volodimir Zelenskinin Türkiyəyə R.T.Ərdoğanla görüşə getməsi Vaşinqton-Moskva danışıqlarının nəticəsinin nə olmasından asılı olmayaraq sonucun Ukrayna üçün məqbul başa çatmayacağı mesajını verir. Daha doğrusu Ukraynanın bu görüşdən gözləntilərinin olmadığı anlamına gəlir. Türkiyəyə səfərin mahiyyəti isə danışıqlar masasından kənarda qalan Avropanın yerinə Türkiyənin danışıqlara qatılmasının Ukrayna üçün daha səmərəli olacağının hesab edilməsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Zelenskinin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. O deyib ki, Tramp və Putin Avropa liderlərini zəif fiqur kimi hesaba almırlar:

"Zelenski də bunu başa düşür. Odur ki, R.T. Ərdoğanın danışıqlarda Ukraynanın maraqlarını qorumaq üçün təsir edə biləcəyini yaxşı başa düşür. Bu səfər də bunun üçündür".

Azər Qasımov deyib ki, Avropanın aparıcı ölkələrinin liderləri Trampın qitəni kiçik düşürməsindən sonra bir araya gələrək vəziyyətdən çıxış yolu axtaracaqlar:

"Amma Zelenski həlledici görüş öncəsi Avropa liderlərinin yox, Türkiyə Prezidenti R.T.Ərdoğanın yanına getməklə Avropa liderlərinə də mesaj vermiş oldu ki, düşdükləri vəziyyəti kim düzəldə bilər. Tramp və Putinin qarşısına Avropanın Ərdoğanın liderliyində çıxması daha məsləhətlidir. Vaxtilə Türkiyənin Avropa İttifaqına qəbuluna razı olmayanlar, indi özləri Türkiyəylə birləşmə planları quracaq. Çünki Türkiyə Rusiyanı dəfələrlə məğlub etmiş ölkədir. Liviyada, Suriyada, Qarabağda".


Süleyman
Xəbəri paylaş