Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib


Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

Newscenter.az təhsil ocağına istinadən bildirir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranma tarixini Balaxanı hasilat ərazisində bir əsrlik yaşı olan neft quyusu öz adında əks etdirəcək. “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev “ADNSU-100” adlanan quyu barədə sertifikatı ADNSU-nun rektoru, Rüfət Əzizova təqdim edib.

ADNSU-nun sənaye şirkətləri ilə əməkdaşlığı universitetin təhsil və tədqiqat potensialını gücləndirməklə yanaşı, tələbələrin bilik və bacarıqlarını praktik sahədə tətbiq etməsinə geniş imkanlar yaradır.

Süleyman
Xəbəri paylaş