Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Ağdaşda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmirinə vəsait ayırdı

Prezident Ağdaşda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmirinə vəsait ayırdı


Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq.

Newscenter.az-ın məlumatına görə, bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Sevinc Mehdiyeva
Xəbəri paylaş