
"ATƏT-in ekspertləri üçün "havayı turzim səfərlərini" deyəsən bərpa etmək istəyirlər. Yenə ATƏT-in Minsk qrupunu süni şəkildə saxlamağa çalışmaq cəhdləri barədə mediadan məlumatlara rast gəlirik. Əgər fikir versək, görərik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində indiyədək əldə edilmiş müəyyən müsbət epizodlar hər hansı bir ölkənin və ya təşkilatın vasitəçisiliyi ilə yox, məhz ikitərəfli formatda müşahidə edilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli QHT Forumunun prezidenti Ramil İsgəndərli səsləndirib. O əmin olduğunu bildirib ki, bundan sonra da belə olacaq:
"ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin, o cümlədən də, ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur. ATƏT-in Minsk Qrupu və Qarabağla bağlı digər mexanizm və təşəbbüslər 30 il ərzində fiaskoya uğramişdir. Nəinki ATƏT, həmçinin digər institutlar, dövlətlərarası qurumlar, beynəlxalq qeyri-hökümət təşkilatlarının eitmad quruculuğu və sülhyaratma fəaliyyətləri də uğursuzluqla nəticələnmişdir. ATƏT rəhbərliyi Minsk qrupunu deyəsən dirildib, yenidən "beynəlxalq turizm səfərləri" alətindən yaralnamaq istəyirlər".
Süleyman