Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti iki gündə əksər rayonlarda intensiv qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Növbəti iki gündə əksər rayonlarda intensiv qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ



Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Newscenter.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.

Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.

Anar Əliyev
Xəbəri paylaş