
"Əminliklə deyə bilərəm ki, ölkədə əmin amanlıq, sakitçilik var və ictimai asayiş qorunur. İnanın ki, belə stabillik hətta inkişaf etmiş ölkələrdə belə yoxdu. Sözümü tərif, kiminsə sifarişi olaraq qəbul etməyin. Bu mənim içimdən gələn, səmimi sözlər və fikirlərdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Rəşad Quliyev səsləndirib. O bildirib ki, gecə saatlarında şəhərin müxtəlif istiqamətlərində apardığı müşahidələr belə deməyə əsas verir:
"Gecə 02.00-dan sonra bir neçə dəfə gecə şəhərdə gəzdim, küçədə gəzən yeniyetmələri, çox gənc qızları gördüm.
Azərbaycanda gecə küçədə hər bir vətəndaş rahat gəzə bilər. Yol polisi, Post Patrul Xidməti, Mühafizə Polisi tez-tez gözə dəyir, şux hündürboylu gənc polislərimizi görəndə qürur duyurdu. Özündə rahatlıq hiss edirsən ki, bu ölkə əmin əllərdədir. Qışda, soyuqda, istidə, yağışda keşik çəkib ölkəmizdə stabilliyi qoruya bilirsiz. Tanrı sizi qorusun!".
Süleyman