
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 49 min nəfərə çatır.
Newscenter.az xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 48348 fələstinli dünyasını dəyişib. Bu müddət ərzində qeydə alınan yaralıların sayı isə 111 761 nəfər olub.
Məlumata görə, HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.
Anar Əliyev