Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qisası alınan Xocalı Xalqımızın cəsarət qalasıdır

Qisası alınan Xocalı Xalqımızın cəsarət qalasıdır



Dünya tarixində fəlakətlər, soyqırımlar fərqlidir.İnsanı yırtıcıdan, vəhşidən fərqləndirən təkcə onun fizioloji quruluşu yox, həm də içindəki insani duyğuları, acıması, mərhəmətidir. Görünür qismətimizə düşən düşmənlərimiz adam əti yeyənlərə bərabər vampirlərdən heç də fərqlənmirlər.Tarixin müxtəlif zamanlarında bu vampirlərə dünyanın sivilizasiyası zərrə qədər təsir etməmişdir. Mağara təfəkkürləri onları özündən başqa xalq, millət tanımamaq qədər ədalətsiz, qəddar, vampir kimi davranmalarına gətirib çıxarmışdır.

Əsrin inkişafı qədər qəddarlıqları da artmış kütlə soyuq qış günündə Xocalıda canını qurtarmaq istəyən qoca, uşaq, qadın, xəstəyə böyük vəhşət yaşatmışdır.O qədər barbar olmuşdurlar ki, faciəni sözlə anlatmaqdan belə həzz almışlar.İslam dinində belə bir aksioma var ki, yaşatdığın pisliyi yaşamadan ölməzsən.Bəli, 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın mərdliyi, şücaəti ilanın başını əzmişdir.Tarixi Zəfərimizin sədasından Xocalı ruhları sevindi. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə Xocalı ruhlar şəhərindən Azərbaycan xalqının mərdliyini, düşmənə müqavimətini, əyilməzliyini tərənnüm edən şəhərə çevrilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bala Qusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev
Xəbəri paylaş