Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilən digər ərazilərdə "ASAN xidmət" mərkəzləri yaradıla bilər

Azad edilən digər ərazilərdə "ASAN xidmət" mərkəzləri yaradıla bilər


Artıq Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb və gələcəkdə azad edilən digər ərazilərdə də yaradılması məsələsinə baxılacaq.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, azad olunan ərazilərdə vətəndaşların köçünə şərait yaradılır:

"Artıq 25 ölkə və beynəlxalq təşkilatla müqavilə imzalanıb. Onlar "ASAN xidmət" təcrübəsini öyrənir".
Xəbəri paylaş