
Avrasiya İqtisadi İttifaqı ölkələrində işgüzar aktivlik müşahidə edilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyasının iqtisadiyyatları işgüzar fəallığın yüksəliş dövründədir. Amma Ermənistan və Belarus yavaşlama dövrünü yaşayır.
AEK-in məlumatına görə, hazırkı tendensiya Belarus, Qazaxıstan və Qırğızıstanda mart ayında da davam edəcək. Rusiya iqtisadiyyatı işgüzar aktivliyin pik nöqtəsini yaşayacaq, bundan sonra o, tədricən yavaşlamağa başlayacaq və Ermənistan üçün daha da yavaşlama gözlənilir.
Mehman Mehdiyev