
Ayaz Salayevin rus dili barəsində dediklərinə dair diskussiyalar davam edərkən bir-iki fikir də mən bildirmək istəyirəm. Əvvəla Ayaz Salayevin sovet dövrü təfəkkürü ilə məsələlərə yanaşması müəyyən mənada doğrudur. Sovet dövründə düzdür az qala hamı rus dilini bilirdi və bu dil müxtəlif kateqoriya dünya ədəbiyyatına yiyələnmək üçün mütləq idi. Çünki Azərbaycan dilindəki xarici ədəbiyyat belə rus dilindən tərcümə idi. Ona görə rus dilini bilmək böyük üstünlük idi və müəyyən mənada mütləq idi. A. Salayev də bunu əsas tutur, fikrimcə.
Müasir dövrdə rus dili artıq prioritet deyil. Ən azı ehtiyac deyil. Çünki müxtəlif mənalarda dünyaya açılmağa həm özümüzün imkanı var, həm də dünya ilə əlaqə üçün digər dillər lazımdır. Rus dilinə ehtiyac qalmayıb. Digər məsələ A. Salayevin dövrünün gəncləri ilə indiki dövrün gəncləri arasında böyük fərq var təbii olar. İndiki gənclər daha dərrakəli və dünya görüşü baxımından daha bacarıqlıdırlar. Amma bu, nisbi məsələdir.
Əsas məsələ rus dili öyrənməyə haqq qazandırmaq cəhdidir. Dövlət də buna yüzlərlə rus dilli məktəblər açmaqla şərait yaradır. Ona görə bu məsələ ilə əlaqəli A. Salayevin yox, dövlətin üstünə düşmək lazımdır. A.Salayev düz-səf belə fikirləşir. Şəxsi fikridir. Dövlət necə fikirləşir, əsas odur.
Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri