
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda olub.
Newscenter.az xəbər verir ki, İnstitutda müalicə alan pasiyentlər göstərilən xidmətdən razı olduqlarını və müalicənin uğurlu olmasını qeyd ediblər.

Öz növbəsində millət vəkili diqqətə çatdırıb ki, ölkəmizdə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən vərəmlə mübarizə proqramı çərçivəsində ən yeni dərman preparatları alınaraq pasiyentlərə həm ambulator, həm stasionar müalicə zamanı pulsuz təmin edilir:

"Prezident İlham Əliyevin ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində atdığı uğurlu addımlar, həmçinin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəmizə diqqət və qayğısı son illərdə səhiyyə sahəsində aparılan islahatlarla özünü biruzə verir.

Bunun nəticəsidir ki, ölkəmizdə vərəmlə mübarizə istiqamətində xeyli işlər görülmüş, maddi-texniki təchizat yaxşılaşdırılmış və ən yeni müalicə sxemləri tətbiq olunur".
Süleyman