
"Dünya diplomatiyası özünün ən ağır saatlarını yaşayır desək yanılmarıq. Tramp-Zelenski dueli bəlkə də Ukrayna müharibəsinin ən ağır məqamdır. Zelenski dünyanın əzilən və işğala məruz qalan zümrəsini qalstuksuz, kostyumsuz təmsil etməklə sivil və elit zümrənin təmsilçisi "işbaz kostyum" Trampla simvolik müharibə edir".
Newscenter.az xəbər verir ki, bunıları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Zelenskiyə edilən təzyiqlər və həm də öz meydançasında oynayan komanda kimi Trampın komandasının zəifliyini büruzə verir:
"Bütün cinahlardan hücuma keçilsə də Zekenski yaxşı müdafiə olundu. Söz duelində onlardan geridə qalmaqdı. Təəssüf doğuran o oldu ki, ABŞ Prezidenti Tramp reallıq hissini itirib.
Doğrudur, bəlkə Tramp reallıqdan çıxış etdi, amma elə olsa belə, dünyanın bir ali dəyəri var və dünya bunu müdafiə etmək məcburiyyətindədir. Tramp isə öz reallığını uydurub".
Azər Qasımov deyib ki, Zelenski öz əzmi ilə Trampı fakt qarşısında qoydu:
"Ukraynanın heç nəyə baxmadan təslim olmayacağını Trampa başa saldı. Artıq növbəti gediş Avropanındır. İndi onlar Zelenskinin arxasında var gücləri ilə durmalıdırlar. Hesab edirəm ki, sabahdan Ukrayna xalqı üçün yeni dövr başlayır. Ukrayna xalqı öz Prezidenti ilə fəxr edə bilər!"
Anar Əliyev