
ABŞ prezidenti Donald Tramp ingilis dilini ABŞ-ın rəsmi dili elan edən fərman imzalayıb.
Newscenter.az ın xəbərinə görə, Ağ Evdən verilən yazılı açıqlamada Trampın sözügedən prezidentlik qərarının ABŞ-ı birləşdirəcəyi bildirilib.
Müstəqillik Bəyannaməsi və Konstitusiya kimi tarixi sənədlərlə yanaşı, ingilis dilinin də millətin dili olduğuna diqqət çəkən bəyanatda, prezident Trampın ingilis dilini ölkənin rəsmi dili elan edən fərmanı imzaladığı qeyd edilib.
Bəyanatda ABŞ-da 350-dən çox fərqli dilin danışıldığı və 30-dan çox ştatın hazırda ingilis dilini rəsmi dil kimi qəbul etdiyi bildirilir.
Anar Əliyev