
"Trampın və komandasının etdiyi böyük bir tərbiyəsizlikdir. Dünyanın gözü qarşısında qonaq ölkənin rəhbərinin alçaldılması dünyadakı qaydaların amansız tapdanması, onsuz da tükdən asılı beynəlxalq hüquqa tüpürməkdir".
Newscenter.az xəbər verir ki, bunları Sosial Tədqiqatlar Mərkəzinin üzvü Əziz Əlibəyli Ağ Evdə Ukrayna lideri Zelenskinin qəbul edilməsi zamanı bəzi protokol qaydalarının pozulmasına toxunarək deyib. O bildirib ki, bu, qarşısıalınmaz proseslərə aparır:
"Tramp üçüncü dünya müharibəsinin səbəbkarı kimi Zelenskini ittiham edir, amma özünün etdiyi hərəkətin dünya üçün doğuracağı nəticələri müharibə səbəbi kimi görmürsə, onda heç nə. Sabahdan hansı ölkənin hansından xoşu gəlmirsə, çağırıb rəhbərini rahat formada sındıra bilər.
Ortada Amerika dəyərləri-filan artıq yoxdur. Üç yüz illik sistem yeni amerikan tiraniyasına tabe olmaqdadır".
Əziz Əlibəyli onu da qeyd edib ki. "kostyum"suz da olsa, Zelenskinin duruşu alqışa layiqdir:
"Təəssüf ki, axşam- axşam biriləri Rusiyaya növbəti dəfə ayı xidməti göstərdi".
Süleyman