Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtonun Tehrandan iki tələbi

Vaşinqtonun Tehrandan iki tələbi


"Donald Tramp hakimiyyətə gəldikdən onun hədəfindəki əsas ölənlərdən biri İrandır. Yeni prezident İranla müharibənin tərəfdarı deyil, bu ABŞ-i iqtisadi olaraq çətin vəziyyətə sala bilər. Trampın əsas hədəfi həm Yaxın Şərq, həm də Ukrayna müharibələrinin tez bir zamanda ölkəsinin və müttəfiqlərinin mənafeyinə uyğun şəkildə sonlandırılmasıdır. Buna görə yeni müharibə onun üçün əlverişli deyil".

Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, ancaq Vaşinqtonun Tehrandan 2 tələbi var:

"Birincisi nüvə silahının əldə edilməsi ilə bağlı prosesə dərhal son qoymaqdır ki, ABŞ İranın nüvə silahına malik olmasını ilk növbədə özünün bölgədəki maraqlarına təhdid hesab edir. Nəzərə alaq ki, ABŞ - nin Körfəz ölkələrində hərbi bazaları var. İran nüvə silahı əldə etməyi bacarsa bölgədə ABŞ-in hərbi gücü əhəmiyyətli dərəcədə zəifləyəcək, eyni zamanda onun müttəfiqi olan körfəz ölkələri də çətin vəziyyətə düşəcəklər. İkinci bir məqam isə İsrailin təhlükəsizliyidir. İran birbaşa yəhudi dövlətinin məhv edilməsini qarşısına məqsəd qoyduğunu gizlətmir. İranın nüvə silahına malik olması İsrailin varlığına ciddi təhlükə yaradır".

Anar Əliyev
Xəbəri paylaş