
Suriya hadisələri fonunda Türkiyə və İsrail arasında münasibətlərin gərginləşdiyinin şahidi oluruq. Rəsmi Ankaranın Suriya ərazisində möhkəmlənmək cəhdləri Netanyahu hökumətini ciddi şəkildə narahat edir. İsrail hərbi hava qüvvələrinin son günlər xüsusilə, Türkiyənin idarəsinə verilməsi planlaşdırılan hərbi bazalara aviazərbələr endirməsi Ankaraya ünvanlanmış mesajdır.
Məsələyə ümumi prizmadan yanaşarsaq istər Türkiyə, istərsə də, İsrail regionda bir-birini milli təhlükəsizlik maraqları üçün təhdid hesab edirlər. Məhz bu səbəbdən Şam üzərindən kəskinləşən geosiyasi mübarizənin şahidi oluruq. Artıq hər iki ölkənin ordularının potensialları müzakirə pridimentinə çevrilib. Lakin hesab edirəm ki, mövcud ziddiyyətlər baxmayaraq Ankara - Təl-Əviv xəttində münasibətlər hərbi fazaya yüksəlməyəcək. Ən azından ABŞ faktoru müharibə ehtimalını bir nöqtədə zəiflədir.
Pərviz Mirizadə, siyasi şərhçi