Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrana 2 milyon ton buğda ixrac ediləcək

İrana 2 milyon ton buğda ixrac ediləcək


Qazaxıstan İrana 2 milyon ton buğda ixrac etməyi düşünür.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Aydarbek Saparov İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cukar ilə görüşdə deyib.

Görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün genişləndirilməsini müzakirə edilib.

2025-ci ilin ilk iki ayının yekunlarına görə, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarətinin həcmi 72,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 147,9% artım deməkdir. Qazaxıstandan tədarük olunan əsas mallara arpa, günəbaxan toxumu, mal və dana əti, bitki yağları, qarğıdalı və paxlalılar daxildir.

Tərəflər Qazaxıstan və İran arasında tərəfdaşlığı gücləndirməyə davam etmək barədə razılığa gəliblər.

Anar Əliyev
Xəbəri paylaş