Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlin əvvəlindən 257 məmurun cinayəti ifşa olunub

İlin əvvəlindən 257 məmurun cinayəti ifşa olunub


Cari ilin əvvəlindən indiyədək korrupsiya ilə bağlı 521 cinayət qeydə alınıb. O cümlədən, 257 məmur korrupsiya əməllərinə görə ifşa edilib. Onlardan 141-i müxtəlif səviyyəli rəhbərlər olub. 366 cinayət işi məhkəmələrə göndərilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumaqalin prezident Kasım-Jomart Tokayevin qəbulunda olarkən deyib.

Prezidentə məlumat verilib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində bu il dövlətə 15 milyard təngə ödənilib. 2022-ci ildən indiyədək ümumi məbləği 1,13 trilyon tenge olan aktivlər qaytarılıb. Dövlət satınalmaları və vəsaitlərin məqsədyönlü istifadəsinin monitorinqi zamanı 21,2 milyard tengenin əsassız xərclənməsinin qarşısı alınıb.

Anar Əliyev
Xəbəri paylaş