Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dünyası Mədəniyyət və İncəsənət festivalı keçiriləcək

Türk Dünyası Mədəniyyət və İncəsənət festivalı keçiriləcək


Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi ortaq dəyərlərimizin, qardaşlıq əlaqələrinin, tariximizin və milli mədəniyyətimizin təbliği məqsədilə qardaş ölkənin universitet, orta məktəb və liseylərlə birgə layihələr həyata keçirir.

Newscenter.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov Ankaranın Çankaya rayonunda M.Ə.Rəsulzadə adına Anadolu Liseyi direktoru Taylan Kaya ilə görüşüb. Görüş zamanı lisey və məktəblər arasında tariximiz, milli mədəniyyətimiz, ortaq dəyərlərimiz əsasında viktorina müsabiqəsinin keçirilməsi, konsert proqramları, Türk Dünyası Mədəniyyət və İncəsənət festivalının təşkili, eləcə də Türkiyədə "Bir millət - iki dövlət" şüarının yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri, tanınmış tarixi şəxsiyyətlərimiz Heydər Əliyevə həsr olunmuş tədbirlərin təşkil edilməsi müzakirə olunub.

Daha sonra Anadolu liseyində təşkil olunan müsabiqədə uğur qazanan şagirdlərə mükafatların təqdim edilməsi mərasimi olub. Mükafatları şagirdlərə liseyin direktoru Taylan Qaya və Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov təqdim edib.

Tədbirdən sonra təhsil ocağında qurulan Azərbaycan Evi, Sənətkarlıq Klubu və Anadolu Liseyində böyük tədbirlərin keçirildiyi zal ziyarət olunub.

Süleyman
Xəbəri paylaş