Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda icra başçısı tərəfindən səyyar qəbul keçirilib

Yevlaxda icra başçısı tərəfindən səyyar qəbul keçirilib


Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Yuxarı Qarxun kəndində keçirib.

Newscenter.az xəbər verir ki, səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Səyyar qəbul zamanı İcra Hakimiyyətinin Başçısı tərəfindən hər bir vətəndaşın müxtəlif mövzulardakı müraciəti diqqətlə dinlənilib, səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli edilməsi üçün araşdırma tələb edilən məsələlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələr verilib, digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Səyyar qəbulu razılıqla qarşılayan sakinlər onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Süleyman
Xəbəri paylaş