Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə əhalinin 25,5 faizini uşaqlar təşkil edir

Türkiyədə əhalinin 25,5 faizini uşaqlar təşkil edir



Türkiyədə əhalinin 25,5 faizini uşaqlar təşkil edir.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, keçən il sonu etibarilə ölkədə uşaqlarıns ayı 21 milyon 817 min 61 olaraq təyin olunub.\

Mğ\lumata görə, 2024-cü ilin sonuna Türkiyə əhalisi 85 milyon 664 min 944 nəfər olub, onlardan 21 milyon 817 min 61 nəfəri uşaq olaraq qeydiyyata alınıb.

Uşaq əhalisinin 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasına görə, 0-17 yaş qrupunu əhatə edən uşaq əhalisi 1970-ci ildə ümumi əhalinin 48,5 faizini təşkil edirdisə, bu nisbət 1990-cı ildə 41,8 faiz, 2024-cü ildə isə 25,5 faiz olub. Bu rəqəmin 2080-ci ildə 15,2 faizə düşəcəyi proqnozlaşdırılır.

Proqnozlara görə, uşaq əhalinin sayının 2030-cu ildə 22,1 faiz, 2040-cı ildə 17,9 faiz, 2060-cı ildə 16,9 faiz, 2080-ci ildə 15,2 faiz, 2100-cü ildə 14,5 faiz olacağı gözlənilir.

Anar Əliyev
Xəbəri paylaş