Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Mahir Süleymanlı vətəndaşlarla görüşüb

Deputat Mahir Süleymanlı vətəndaşlarla görüşüb


Milli Məclisin deputatı Mahir Süleymanlı aprelin 25-də Şabran rayonunun Qorğan kəndində vətəndaşlarla növbəti görüşünü keçirib.

Newscenter.az xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib.

Yerində həlli mümkün olan məsələlər operativ şəkildə aradan qaldırılıb, digər müraciətlər isə müvafiq qurumlara yönləndirilməsi və nəzarətdə saxlanılması məqsədilə qeydə alınıb.

Bununla yanaşı, millət vəkili son günlərdə yağan intensiv yağışlar nəticəsində baş vermiş güclü sel hadisəsinin fəsadları ilə yerində tanış olub. Xüsusilə zərər görmüş ərazilərə və kəndi birləşdirən körpülərə baxış keçirib. Mövcud vəziyyət ətrafında müzakirələr apardıb.



Süleyman
Xəbəri paylaş