
Bu gündən etibarən Bakıdan Qazaxıstanın paytaxtı Astanaya həyata keçirilən uçuşların sayı artırılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Məlumata görə, Azərbaycan Hava Yolları Astana - Bakı (Azərbaycan) marşrutu üzrə uçuşların tezliyini həftədə 3 dəfədən 4 dəfəyə çatdırmağı planlaşdırır.
Bildirilir ki, bundan başqa Özbəkistanın “My Freighter” (Centrum Air) aviaşirkəti bu il mayın 5-dən etibarən həftədə 2 reys tezliyi ilə Almatı-Daşkənd (Özbəkistan) marşrutunu işə salıb.
Süleyman