Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balıqçılıqda innovativ üsul

Balıqçılıqda innovativ üsul



Su ehtiyatlarına və enerji sərfiyyatına qənaət etmək məqsədilə Özbəkistanın Üçqızıl gölündə ilk dəfə olaraq sadok, yəni qəfəs üsulu ilə balıq yetişdirilməsi tətbiq edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, “Surxon Fish Agro Prom Co” MMC tərəfindən həyata keçirilən bu layihədə əfqan küləyi və donmuş su kimi təbii amillər nəzərə alınıb.

Dəyəri 315 milyon dollar olan layihə tamamilə investisiya fondları hesabına həyata keçirilir. Buna əsasən, ildə 80 ton balıq istehsalı nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Surxandərya rayonunda balıqçılıq üzrə ixtisaslaşmış 280 təsərrüfat fəaliyyət göstərir ki, onların da əksəriyyəti ənənəvi üsullarla pəhrizli ət istehsal edir.

Cavid
Xəbəri paylaş