
Bu ilin may ayından etibarən Qazaxıstandan on ölkəyə yeni marşrutlar üzrə uçuşlar həyata keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ölkələrə Macarıstan, Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Çin, Koreya və Vyetnam daxildir.
Uçuşlar SCAT Hava Yolları, Air Astana şirkətləri tərəfindən həyata keçiriləcək.
Fuad Hüseynzadə