Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqanıstanda Özbəkistan ticarət evi açılıb

Əfqanıstanda Özbəkistan ticarət evi açılıb



Əfqanıstanda “Made in Uzbekistan” ticarət evi açılıb.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, hər iki tərəfdən nümayəndə və sahibkarların iştirak etdiyi tədbirdə Özbəkistanda istehsal olunan geniş çeşiddə məhsulların Əfqanıstan bazarına çıxarılmasında və oradakı tələbatın ödənilməsində ticarət evinin əhəmiyyəti vurğulanıb.

Tədbir zamanı geniş çeşiddə elektrik məhsulları və yeni texnologiyalar iştirakçılara təqdim olunub.

Mütəxəssislər bildirirlər ki, bu ticarət evinin açılması tərəflər arasında əlaqələri gücləndirəcək və ticarəti daha da inkişaf etdirəcək. Burada müntəzəm olaraq elektrik məhsulları və yeni texnologiyalar nümayiş etdirilir ki, bu da yerli alıcılarla birbaşa ticarət əlaqələrinin qurulmasına imkan yaradır.

Süleyman
Xəbəri paylaş