
Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Qazaq Arab Sugar” MMC Qazaxıstanda şəkər zavodu inşa edəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə bu gün Astanada Kasım-Jomart Tokayev və Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanın iştirakı ilə keçirilən Qazaxıstan-BƏƏ biznes forumunda məlumat verilib. Biznes forum çərçivəsində iqtisadiyyatın geniş spektrini əhatə edən 5 milyard dollara yaxın 9 kommersiya sazişi imzalanıb.
Həmçinin Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi ilə “Qazaq Arab Sugar” MMC arasında Qazaxıstanda şəkər zavodunun tikintisi üzrə investisiya layihəsinə dair saziş imzalanıb.
Layihə ildə 500 min tona qədər şəkər istehsal etməyi nəzərdə tutur. İnvestisiyaların ümumi həcmi 580 milyon ABŞ dollarıdır. Bu layihə çərçivəsində 800 iş yerinin yaradılması gözlənilir.
Fuad