Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatasının auditoru Hindistanda beynəlxalq forumda iştirak edib

Hesablama Palatasının auditoru Hindistanda beynəlxalq forumda iştirak edib


Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Hilal Hüseynov Hindistanın Nyu-Dehli şəhərində keçirilmiş SDP (Strategic Development Plan – Strateji İnkişaf Planı) seminarında və FIPP (Forum INTOSAI Professional Pronouncements – Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının Peşəkar Bəyanatlar Forumu) iclasında iştirak edib.

Newscenter.az xəbər verir ki, tədbirin ilk iki günü ərzində INTOSAI-ın Peşəkar Standartlar Komitəsinin nümayəndələri, FIPP üzvləri və SDP təşəbbüs layihələrinin rəhbərlərinin iştirakı ilə seminar keçirilib. Seminarın açılış mərasimində INTOSAI-ın Prezidenti adından Braziliya Ali Audit Orqanının naziri cənab Jorge Antonio De Oliveira Francisco və Hindistanın Baş Nəzarətçi və Auditorunun müavini xanım Rebecca Mathai iştirak ediblər. Seminar çərçivəsində iştirakçıların təqdimatları dinlənilib, layihə təklif sənədləri ətrafında geniş fikir mübadiləsi aparılıb, mövcud vəziyyət və gələcək addımlar müzakirə olunub.

Sonrakı iki gündə keçirilmiş FIPP iclasında isə SDP layihələrində əldə olunan irəliləyiş və potensial icra riskləri, “Maliyyə auditi standartları üzrə Təlimat” adlı GUID 2900 sənədi üzrə layihə təklifi, FIPP-in fəaliyyət hesabatının strukturunda dəyişikliklər və sənəd layihələrinə baxılması prosedurlarında nəzərdə tutulan yeniliklər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Hilal Hüseynov INTOSAI cəmiyyətinin ekspertlər qrupu hesab edilən FIPP-ə 2025-ci ilin yanvar ayında üçillik müddətə üzv seçilmişdir.

Süleyman
Xəbəri paylaş