Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistana 70 milyard dollardan çox xarici investisiya yatırılıb

Özbəkistana 70 milyard dollardan çox xarici investisiya yatırılıb


Son illərdə Özbəkistana 70 milyard dollardan çox xarici investisiya yatırılıb.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, həmçinin sosial və infrastruktur sektorlarına beynəlxalq maliyyə institutlarından 14 milyard dollardan çox vəsait cəlb edilib. 2030-cu ilə qədər enerji istehlakında “yaşıl” enerji mənbələrinin payının 50 faizdən çox artırılması planlaşdırılır.

Qeyd edək ki, Özbəkistanda valyuta bazarı liberallaşdırılıb və gəlirlərin repatriasiyası ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Əlavə dəyər vergisi dərəcəsi 15 faizdən 12 faizə endirilib. Mənfəət vergisi fəaliyyət növündən asılı olaraq 5 faizdən 15 faizə qədər müəyyən edilib.

Süleyman
Xəbəri paylaş