
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyətini qəbul edib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı səfirlik yayıb. Bildirilib ki, görüşdə Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti, ötən illər ərzində gördüyü işlərlə bağlı səfirə məlumat verilib.
Eyni zamanda səfirə Türk Dünyası Mediatorlar Birliyinin qarşıdakı müddət ərzində atacağı addımlar barədə bilgilər verilib.
Süleyman