
Daşkənddə 27-ci Beynəlxalq “Neft və Qaz Özbəkistana - OGU 2025” sərgisi işə başlayıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sərgidə 34 ölkədən, o cümlədən Rusiya və Özbəkistandan 465 şirkət iştirak edir.
Özbəkistan 27 istehsalçı və 10 ixtisaslaşmış müəssisənin iştirak etdiyi neft-qaz şirkəti stendi ilə təmsil olunur. Proqrama sərgilər, forumlar, panellər və texniki sessiyalar daxildir. Əsas diqqət davamlı inkişaf, yaşıl enerji və sənayenin modernləşdirilməsinə yönəlib.
Sərgi çərçivəsində Daşkənddə “Özbəkneftqaz” SC və “KazMunayQaz” SC arasında əməkdaşlıq sənədi imzalanıb.
Cavid İmaməliyev