
Türkiyədə FETÖ terror təşkilatına qarşı daha bir əməliyyat həyata keçirilib.
Newscenter.az Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, mərkəzi İstanbul olmaqla 10 vilayətdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb.
İstanbul Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı aparılan istintaq çərçivəsində isə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 31 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Nazirlikdən bildirilib ki, əməliyyatlar İstanbul, Ankara, Adana, Antalya, Çorum, Kayseri, İzmir, Mersin, Muğla və Vanda keçirilib. Axtarış zamanı saxlanılan şəxslərin qaldıqları ünvanlardan çoxlu sayda saxta sənədlər, külli miqdarda pul və texniki vasitələr götürülüb.
Cavid İmamaəliyev