Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanunvericilikdə Sovet atributlarının təbliği və tətbiqinə qarşı cinayət məsuliyyəti tətbiq edilməlidir

Qanunvericilikdə Sovet atributlarının təbliği və tətbiqinə qarşı cinayət məsuliyyəti tətbiq edilməlidir


Bu günlərdə İmişlidə faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı keçirilən bayram tədbirlərində keçmiş SSRİ-nin bayrağının qaldırılması cəmiyyətdə haqlı etirazlara səbəb olub. Birmənalı olaraq vətəndaşların mütləq əksəriyyəti bu hadisəni sərt şəkildə tənqid edib.

Newscenter.az-ın xəbərnə görə, məsələ ilə bağlı ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov da fikirlərini bölüşüb. O, sözügedən hadisəni kəskin tənqid edib və bu kimi halların yolverilməz olduğunu söyləyib.

Azər Qasımov həmçinin, bu kimi mənfi tendensiyalara qarşı qanunvericilik səviyyəsində sərt tədbirlərin görülməsini vacib hesab edib:

"Azərbaycan qanunvericiliyində Sovet atributlarının təbliği və tətbiqinə qarşı cinayət məsuliyyəti tətbiq etməlidir".

Süleyman
Xəbəri paylaş