Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp rəqibi ilə barışır

Tramp rəqibi ilə barışır


"ABŞ və Çin nümayəndələri Cenevrədə iki günlük danışıqların ardınca ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elan ediblər və detallar bazar ertəsi açıqlanacaq. Bu barədə danışıqlarda iştirak edən Amerika nümayəndə heyətinin rəsmilərinə istinadən “Reuters” məlumat yayıb. Qeyd olunub ki, razılaşma ABŞ-nin 1,2 trilyon dollarlıq ticarət kəsirini azaltmağa kömək edəcək. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ Çinə qarşı ciddi şəkildə mübarizə başlayıb. Çünki uzun illərdir ki, iki ölkə arasında ticarət kəsiri kəskin şəkildə artmışdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O deyb ki, ABŞ-ın Çinə ixrac etdiyindən daha çox məhsul idxal etməsi ölkənin iqtisadi dayanıqlılığını ciddi sual altına qoyurdu:

"Bu həmçinin ABŞ şirkətlərinin bir çox sənayə sahəsində Çin şirkətləri ilə rəqabəti uduzmasına gətirib çıxarırdı. Nəticə isə bəzi sənaye müəssisələrinin fəaliyyətini dayandırmasına və ölkədəki iş yerlərinin ixtisara düşməsinə səbəb olurdu. Belə bir razılaşma hər iki ölkəyə lazım idi və Pekinlə Vaşinqton çox da dərinə getmədən problemi həll edə bildilər. Razılaşmanın ABŞ üçün əhəmiyyəti daxili sənayesini qorumaq, ixracı artırmaq və istehsal sürətini geri qaytarmaqdır. Çinin bu razılaşmadan qazancı isə ticarət əlaqələrini qorumaq, iqtisadi sabitliyi saxlamaq və qarşılıqlı sürətdə iqtisadi təzyiqlərin azadılması olacaq ki, bu da Çin bazarında aktivlərin dəyər qazanması və bazarın canlanması baxımından önəmlidir".

Politoloq deyib ki, hazırda məsələni praktiki həll etmək üçün ən böyük çətinlik məhz Çinin üzərinə düşür:

"Rəsmi Pekin həm ABŞ - dan daha çox mal alınmasını təmin etməli, həm də öz bazarlarına bu ölkənin şirkətlərinin girişini asanlaşdırmalıdır. İki dövlət arasında əldə edilən bu razılaşma qlobal bazarda sabitliyin qorunması və bir müddət əvvəl tariflərin qarşılıqlı artırılmasından sonra dəyər itirən səhmlərin yenidən qiymətinin artmasına səbəb olacaqdır. Ancaq razılaşmaya praktikada əməl etmək bir qədər çətindir. Nəzərə alaq ki, Çinin oturuşmuş bazar sistemi var və ona başqa ölkənin xeyrinə kənar müdaxilə ciddi problemlər yarada bilər. İstənilən halda, iki ölkə arasında əldə edilmiş bu razılaşma siyasi münasibətlər sistemində mühüm dəyişiklikləri özündə gətirəcək. Görünür ki, Donald Tramp ən böyük rəqibi ilə sonda əl sıxmağa qərar verib".

Anar Əliyev
Xəbəri paylaş