
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu gün Azərbaycana səfərə gəlib.
Newscenter.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, nazir Gülər Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovla keçiriləcək görüşdə Türkiyə və Azərbaycan arasında müdafiə və hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə ediləcək.
Türkiyəli nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi də nəzərdə tutulur.
Süleyman