
Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Əl-Farabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tuymebayevi qəbul edib.
Newscenter.az bildirir ki, Rusiyanın Qazaxıstandakı səfirliyindən verilən məlumata görə, görüşdə Qazaxıstan universiteti ilə Tatarıstanın elm və təhsil kompleksi təşkilatları arasında əməkdaşlığın inkişafının gələcək istiqamətləri müzakirə olunub.
Görüşdə Tatarıstanın təhsil və elm naziri İlsur Xadiullin, Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti Rifkat Minnixanov, Tatarıstanın Qazaxıstandakı səlahiyyətli nümayəndəsi Denis Valeev, Qazaxıstanın Kazandakı baş konsulu Yerlan İskakov da iştirak ediblər.
Rifkat Minnixanov qazaxıstanlı həmkarlarını Avrasiya çölü xalqlarının tarixi və mədəniyyətinin öyrənilməsi, arxeoloji tədqiqatlar, elmi jurnallar üçün nəşrlərin hazırlanması, eləcə də gələcəkdə Kazanda keçiriləcək iri beynəlxalq forumlarda iştirak etməkdə fəal əməkdaşlığa çağırıb.
Cavid