Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Çin qarşılıqlı vizanı ləğv ediblər

Özbəkistan və Çin qarşılıqlı vizanı ləğv ediblər


Bu il iyunun 1-dən Özbəkistan vətəndaşları Çinə vizasız gedə biləcəklər.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.

Bildirilib ki, Özbəkistan və Çin arasında qarşılıqlı vizadan azad edilməsi haqqında Hökumətlərarası Sazişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurlar başa çatıb. Sözügedən beynəlxalq sazişin müddəalarına uyğun olaraq, Saziş 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.

Müqavilə Özbəkistan və Çin vətəndaşları arasında iki ölkənin ərazilərinə vizasız gediş-gəlişlə bağlı məsələləri tənzimləyir.

Sazişə uyğun olaraq, Razılığa gələn dövlətlərin vətəndaşları hər iki dövlətin ərazisinə giriş, çıxış və ya tranzit üçün hər bir ölkədə qalma müddəti 30 gündən çox olmayan müddətə və hər hansı 180 günlük müddət ərzində ümumilikdə 90 gündən çox olmayan müddətə viza tələblərindən azaddırlar.

Bu halda, tərəflərin dövlətlərinin ərazisinə hər bir giriş və qalma müddəti 30 gündən çox olmamalıdır. Vətəndaşların 30 gündən çox qalması lazım gələrsə, əvvəlcədən giriş vizası almalıdırlar.

Süleyman
Xəbəri paylaş