Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeron Gənclər Şəhərciyi susuz qalıb

Abşeron Gənclər Şəhərciyi susuz qalıb


Xırdalanda yerləşən Abşeron Gənclər Şəhərciyinə suyun verilməsi dayandırılıb.

Bu barədə məlumatı Newscenter.az-a şəhərciyin sakinləri verib. Bildirilib ki, sakinlərə əraziyə gələn su xəttində qəzanın baş verdiyi bildirilib. Bu səbəbdən şəhərciyə içməli suyun verilməsi sabah bərpa ediləcək.

Qeyd edək ki, Ceyranbatan su anbarının yaxınlığında yerləşən Abşeron Gənclər Şəhərciyinə içməli su adi hallarda da fasilə ilə verilir. Sakinlər gündə iki dəfə, səhər və axşam, saat 7-10 arası su ilə təmin olunurlar.

Süleyman
Xəbəri paylaş